Google xəbərdarlıq etdi

Google xəbərdarlıq etdi
08:22 6 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Google" şirkəti "Gmail" elektron poçt istifadəçilərinə "Google Docs" "bulud" xidməti adından məktub göndərən fırıldaqçılar haqda məlumat verib. Belə məktublar zərərverici istinadlardan ibarətdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google Docs"un rəsmi "Twitter" səhifəsində müvafiq xəbərdarlıq  dərc olunub: "Biz "Google Docs" xidməti adından göndərilən fişinq mesajlarını araşdırır və sizdən belə məktubları açmamağı xahiş edirik".

"Google" şirkəti istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün artıq saxta səhifələri silib və saxta məktubların göndərilməsi üzrə yeni hallar haqda xəbər verməyi xahiş ediblər.

Fişinq - istifadəçilərin məxfi məlumatlarına giriş əldə etmək və şifrləri ələ keçirmək üçün internet fırıldaqçılığının bir formasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR