“Bütün bunlar Qərbin siyasətinin bəhrəsidir” - Allahşükür Paşazadə

“Bütün bunlar Qərbin siyasətinin bəhrəsidir” - Allahşükür Paşazadə
12:23 6 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

“Yaxın Şərqdə, Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Yəməndə baş verən kütləvi iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir”.

Publika.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Allahşükür Paşazadə deyib ki, hələ Sovet İttifaqı dövründə Əfqanıstanda, Fələstində və digər ölkələrdə yaşanan hadisələr özbaşına baş verməyib:

“Həmin Qərb dövlətləri hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdilər. Hazırda Avropada yaşanan miqrant böhranı nəticəsində gördülər ki, müharibələrdən özləri də əziyyət çəkir. İndi isə miqrantlara qarşı hasarlar çəkirlər. Dünyada islamofobiya artır. Nə qədər islamofobiya artırsa, İslam dövlətlərinin Avropaya olan münasibəti də dəyişir”.

Vasif Həsənli,

Fotolar: Elçin Murad


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR