Polis və DTX Astarada birgə əməliyyat keçirib

Polis və DTX Astarada birgə əməliyyat keçirib
13:12 6 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 6 may. REPORT.AZ/ Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib.
“Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/polis-ve-dtx-astarada-birge-emeliyyat-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR