Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanılmasının səbələrini AÇDI

Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanılmasının səbələrini AÇDI
13:18 6 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanılması məsələsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, A.Əzimov jurnalistlərə açıqlamasında ATƏT-in İrəvan ofisinin bağlanılması barədə qurumun hazırkı sədri tərəfindən qərar verildiyini söyləyib:

“Bu qərar ondan irəli gəlir ki, Ermənistan ona verilən təklifə razı olmayıb. Təkliflər Azərbaycanın legitim narahatlıqlarına əsaslanırdı. Biz ATƏT tərəfindən müyyən zəmanət tələb etmişdik ki, İrəvanadakı ofis öz fəaliyyətini yalnız Ermənistanın sərhədləri daxilində həyata keçirsin və Azərbaycanın işğal edilmiş ərazilərinə sirayət etməsin”.

Nazir müavi deyib ki, təkliflərdən biri də İrəvan ofisinin fəaliyyətində heç bir istiqamətdə və sahədə Ermənistanın Azərbaycanla münaqişəsi məsələsinə, onun həlli istiqamətində görülən işlərə və siyasi, hərbi, humanitar aspektlərinə toxunulmaması ilə bağlı olub:

“Bu iki məsələ qaldırıldı və Avstriya sədrliyi müəyyən dəyişikliklər edərək təkliflər irəli sürdü, Ermənstan isə razılıq vermədi. ATƏT və üzv dövlətlər narahatlıqlarımızı qəbul etdi ki, İrəvan ofis fəaliyyətinə davam edə bilməz. Artıq onun bağlanma proses başlayıb və 3 ay ərzində proses başa çatmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR