Bal ayında öz həyat yoldaşını tanımadı

Həyat yoldaşını itirən Emma Kotilard baş verən qəribəliklərdən 1 il sonra xəbər tutub.

Metbuat.az xəbər verir ki, 33 yaşlı qadın həyat yoldaşının beyin xərçəngi olduğunu təzəlikcə öyrənib. Bu işdə ona toy şəkilləri yardım edib.

"Jastinin qəribə davranışlarının toy stressi ilə bağlı olduğunu düşünürdüm. İlk problem bal ayımız zamanı baş verdi. Jastin məni, 7 aylıq hamilə həyat yoldaşını tanımadı. Bu məndə müəyyən şübhələr yaratsa da, çox fikir vermədim. İndi fotolara baxıb Jastinin sifətinin bir tərəfinin digəri ilə müqayisədə daha çökük olduğunu görürəm. Təəssüf ki, gecikdim” deyə Emma bildirib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR