Yeni kosmik peyk orbitə buraxıldı

Hindistanda Cənubi Asiya üçün yeni bir xəbərləşmə peyki Sriharikota kosmos mərkəzindən orbitə buraxılıb.

Metbuat.az bildirir ki, Şri-Lanka, Maldiv, Banqladeş, Nepal və Butanın faydalanacağı peyk bölgə ölkələrinin telekommunikasiya və yayım xidmətlərini inkişaf etdirməyə kömək edəcək. Hindistanın baş naziri Narendra Modi peykin ərsəyə gəlməsində əməyi olan mütəxəssislərlə qürur duyduğunu qeyd edib.

Qonşu Pakistan peykdən yararlanacaq ölkələr siyahısına qatılmayıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR