İnsan burnunu göbələklər əvəz edəcək

İnsan burnunu göbələklər əvəz edəcək
18:58 6 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı alimlər göbələkdən süni burun yetişdirilməsi istiqamətində araşdırma aparır.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, araşdırmanı Vladimr Kotelnikova adına Radiotexnika və Biokimya, Bitki Fiziologiyası və Mikroorqanizmlər İnstitutunun tədqiqatçıları aparır. Onlar göbələk miselyumundan süni burun yaradacaqlarını iddia edirlər.

Alimlər əsasən şiitake göbələyindən istifadə edəcəklər. Bu göbələk növü havadakı təhlükəli ammonyak və formaldehid buxarlarına reaksiyavermə bacarığına malikdir. Alimlərin fikrincə, miselyumdan hazırlanmış burun ətraf mühitin dəyişməsi zamanı öz elastikliyini və elektrik ötürücülüyünü dəyişə biləcək.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR