Şeydayev komandasına qələbə qazandırdı

Şeydayev komandasına qələbə qazandırdı
05:44 7 May 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Slovakiya Fortuna Liqasında 30-cu turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti oyununu keçirib.

 

Komanda səfərdə “Mixalovtse” klubuyla üz-üzə gəlib. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Şeydayev matçın 74-cü dəqiqəsində meydana daxil olub.

 

Millimizin üzvü cəmi 10 dəqiqə sonra komandasına qələbə qazandıran qola imza atıb. Oyun elə Şeydayevin vurduğu qolla 1:0 hesabıyla başa çatıb.

 

Qeyd edək ki, 30 turdan sonra hesabında 64 xal olan “Jilina” 2 tur öncə çempionluğu təmin edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR