Azərbaycanda gəmiricilər nadir bitkiləri məhv edir - FOTOLAR

Azərbaycanda gəmiricilər nadir bitkiləri məhv edir - FOTOLAR
09:59 7 May 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Cənub bölgəsində “Qırmızı kitab”a düşən nadir şümşad ağacları yenidən gəmiricilərin hücumuna məruz qalıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika bitki mühafizə mərkəzi gəmiricilərlə mübarizəyə başlayıb.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika bitki mühafizə mərkəzinin rəisi Damət Sultanov APA-ya açıqlamasında bildirib ki, Masallı, Lənkəran, Astara və Lerik rayonlarında 1150 hektar ərazidə gəmiricilərlə mübarizə aparılacaq. Fitosanitar Nəzarəti xidmətinin əməkdaşları  İtaliya istehsalı olan “Stail” tipli çiləyici aqreqatdan istifadə edərək kimyəvi tədbirlər görür. Artıq Astarada 56 hektar, Lənkəranda 23 hektar ərazidə müvafiq tədbirlər görülüb.

 

Zərərvericilərin tırtıllarından nümunələr götürülüb və  xüsusi laboratoriya şəraitdə yoxlanılıb. Müəyyən edilib ki, zərərvericinin birinci nəslinin iki,  üç yaş dövrü var.

 

Qeyd edək ki, keçən il də şümşad ağaclarının kütləvi şəkildə quruması müşahidə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR