Əməkdar artist sərt danışdı – Həmin müğənnilərə “meymun” dedi

Əməkdar artist sərt danışdı – Həmin müğənnilərə “meymun” dedi
18:49 7 May 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

"Bir axındır, qarşısını almaq mümkün olmayacaq. İldən-ilə çoxalacaq. Bu meydan meymunlara qalsın? Ağıllılar, işini bilənlər kənara çəkiləcəksə, övladlarımız yazıqdır, onların zövqü nə olacaq?".

 

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "Xəzər maqazin"ə açıqlamasında deyib.

 

Müğənni bayağı mahnı oxuyanları tənqid edib:

 

"Savadsız, intelekti olmayan hadisələr baş verir. Buna da "aranjiman, bəstəkarlıq, mahnı" deyilir. Bu biabırçılıq baş alıb gedir. Bunun arxasınca da zövqsüz insanlar gedir. O cür oxuyanlar arxasında yüzlərlə cahil insanı görsə, özünə arxayın olacaq, "sənətkaram, peşəkaram" deyəcək. Onlara demək istəyirəm ki, özünüzü musiqidə möhkəmlətmək, adınızı tanıtmaq istəyirsinizsə, işin dərinliyinə gedin. Mahnını aranjimanı başqasınınkına bənzətməklə iş olmur".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR