Azad Rəhimov müharibə veteranları ilə görüşüb

Azad Rəhimov müharibə veteranları ilə görüşüb
09:29 8 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi oyunları Əməliyyat Komitəsində Böyük Vətən Müharibəsinin bir qrup veteranı ilə görüş keçirib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A. Rəhimov veteranları Qələbənin 72-ci ildönümü münasibətilə təbrik edərək, onların vətən, xalq qarşısında əvəzsiz xidmətlərindən, gənc nəslə nümunə olmalarından danışıb və hər birinə  can sağlığı arzulayaraq,   bu səpkili görüşlərin ardıcıl olmasının vacibliyini bildirib.

 

Tədbirin yekununda nazir Azad Rəhimov  Veteranlara  IV İslam Həmrəyliyi oyunlarının açılış mərasiminə biletlər və eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR