Azərbaycanda avtomobil qaçıran qız yaxalandı

Azərbaycanda avtomobil qaçıran qız yaxalandı
12:59 8 May 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Bərdədə avtomobil qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 6-da Bərdə şəhəri ərazisindən şəhər sakini Vüsal Şəfiyevə məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

 

Avtomobil Mingəçevir şəhəri ərazisində DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə şəhər sakinləri Ceyhun Məmmədov və Aysel Ələkbərova tutularaq Bərdə RPŞ-yə təhvil veriliblər.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR