Azərbaycanlı məşhur oğlu ilə birgə konsert verəcək - İLK DƏFƏ

Azərbaycanlı məşhur oğlu ilə birgə konsert verəcək - İLK DƏFƏ
13:14 8 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 20-də Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda gitara ifaçısı Rəhman Məmmədlinin “Etno-Simfo” orkestri ilə birgə “55-ci baharım” adlı solo konserti baş tutacaq. Lent.az-ın məlumatına görə, konsertin təşkilatçısı və bədii rəhbəri Rəhman Məmmədlinin oğlu bəstəkar Tural Məmmədlidir. İlk dəfə olaraq elektro gitara aləti simli alətlərin, eləcə də Azərbaycan xalq çalğı alətlərinin müşaiyəti ilə təqdim olunacaq. Konsertdə Azərbaycan xalq, bəstəkar mahnıları yeni işləmədə təqdim ediləcək.

 

Xatırladaq ki, gitara ifaçısı R.Məmmədli 24 iyun-08 iyul tarixləri arası Amerika Birləşmiş Ştatlarının New York, Texas və Hyuston ştatlarında 3 konsert proqramı ilə çıxış edəcək. Bakıda baş tutacaq konsertdə ifa olunacaq bütün musiqilər bəstəkar Tural Məmmədli tərəfindən aranjeman olunub və yeni formatda səslənəcək. Eləcə də İrandan məşhur rəssam-xanəndə Vədud Moazzen, xanəndə Rafael Məmmədov və Rövşən Əziz konsertdə öz ifalarını təqdim edəcəklər. Biletləri şəhərin kassaları və ASAN XİDMƏT mərkəzlərindən əldə etmək olar.

 

Qeyd edək ki, konsertin infodəstəkçisi Lent.az-dır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR