Putin Azərbaycanı birgə mübarizəyə çağırdı

Putin Azərbaycanı birgə mübarizəyə çağırdı
14:38 8 May 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 72-ci ildönümü ilə əlaqədar Müstəqil Dövlətlər Birliyi (MDB ) ölkələrinin liderlərini təbrik edib.

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Təbrik müraciətlərində vurğulanıb ki, Qələbə Günü müqəddəs tarix və xalqların misilsiz qəhrəmanlığının simvoludur. Rusiya lideri MDB ölkələrinin başçılarını tarixin təhrif edilməsi üzrə istənilən cəhdlərə qarşı mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, MDB-yə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna daxildir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR