Xaçmazda qazıntı zamanı insan skeletləri tapıldı - VİDEO

Xaçmazda qazıntı zamanı insan skeletləri tapıldı - VİDEO
16:59 8 May 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində qazıntı zamanı insan skeletləri aşkarlanıb.
 
APA TV-nin yerli bürosunun məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Kənd sakinlərinin qazıntı zamanı aşkarladıqları insan skeletlərindən nümunələr götürülərək müayinəyə göndərilib. Ərazidə başqa insan sümüklərinin olub-olmadığını müəyyənləşdirmək üçün qazıntı işlərinin aparılması planlaşdırılır.
 
Bələdiyyə sədri Cəfər Əzimov bildirib ki, ərazinin qəbiristanlıq olduğu ehtimal edilir: "Hüquq-mühafizə orqanlarına məlumat verdik. Rayon prokuroru, polisdən gəlib baxış keçirdilər, sümükləri apardılar. Ekspertizadan sonra müəyyən olunacaq ki, bura qəbiristanlıq olub, yoxsa başqa məsələ var. Mən 55 ildir ki, bu ərazidə yaşayıram. Əvvəl burda insanlar yaşayıb, ərazidə qəbiristanlıq olub. Çox güman ki, qəbiristanlıq olub əvvəllər".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR