Bakı sakinlərinin ən sevimli avtomobil markası məlum oldu - SORĞU

Bakı sakinlərinin ən sevimli avtomobil markası məlum oldu - SORĞU
19:28 8 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakinlərinin ən sevimli avtomobil markası açıqlanıb.

Publika.az xəbər verir ki, “ACT Azərbaycan” Bakı şəhərində "Ən sevimli avtomobil markası hansıdır?" mövzusunda sorğu aparıb.

Sorğunun nəticələrini təqdim edirik:

Avtomobil almaq əksər insanların, xüsusilə də meqapolis sakinlərinin ən böyük arzusudur. Kimisi illərlə vəsait yığaraq, kimisi kredit yolu ilə avtomobil sahibi olmaq arzusunu gerçəkləşdirir. Bəs, Bakı sakinləri hansı avtomobil brendlərini bəyənir ?

Paytaxt sakinləri daha çox alman maşınlarına üstünlük verir. Hər on respondentdən təqribən beşdə biri (18 %) “Mercedes-Benz” markasını bəyənir. Digər alman avtomobili BMW sevərlər nisbətən azlıq təşkil edirlər (10 %). Üçüncü pillədə Cənubi Koreya istehsalı “Hyundai” və Rusiya istehsalı “Lada” qərarlaşıb ( hər biri 4 %). “Porsche”, “Range Rover”, “Lexus” və “Kia” sevərlər nisbətən azdır (hər biri 3 %). Sovet nostalgiyası çəkənlərin sevimliləri isə Zaparoje və Volqadır (hər biri 1 %). Əksəriyyət ümumiyyətlə sevimli avtomobilini seçməkdə çətinlik çəkir (31 %).

Bakı əhlinin böyük əksəriyyəti avtomobilin qara rəngdə olmasını tərcih edir (31 %). Respondentlərin dörddə biri isə ağ rəngdə olan avtomobilləri daha çox bəyənir (26 %). Metal və göy rəngli avtomobilləri bəyənənlər nisbətən azdır (hər biri 5 %). Fərqlilik sevənlər də az deyil. Belə ki, 4 % respondent qırmızı rəngi avtomobilə çox yaraşdırır.

Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR