Gədəbəydə maşın 55 yaşlı kişini vurdu

Gədəbəydə maşın 55 yaşlı kişini vurdu
23:49 8 May 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qoşabulaq kəndində qeydə alınıb.

 

Heyvanlarını dağa aparan kənd sakini, 1962-ci il təvəllüdlü Mərdan Rəcəbovu avtomobil vurub. O sağ bud sümüyünün sınığı xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR