İslamiada: Həndbol yarışında 4 komanda qaldı

İslamiada: Həndbol yarışında 4 komanda qaldı
19:44 9 May 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qadın həndbolçuların yarışında komandaların sayı azalıb. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, buna səbəb Fil Dişi Sahili yığmasının Bakıya gəlməməsidi.

 

Belə ki, afrikalılar son anda yarışdan imtina ediblər və nəticədə turnir cəmi 4 yığmanın iştirakı ilə keçiriləcək. Medallar uğrunda Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə və Kamerun həndbolçuları güclərini yoxlayacaqlar.

 

Qeyd edək ki, millimiz bu gün məhz Özbəkistanla oynamalı idi. Lakin Fil Dişi Sahilinin komandasının Bakıya gəlməməsi təqvim dəyişikliyinə də səbəb olub. Nəticədə yığmamız Kamerunla qarşılaşıb və 28:26 hesabı ilə qələbə qazanıb.

 

Həndbolçularımız sabah Özbəkistanla, mayın 11-də Türkiyə ilə mübarizə aparacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR