Yaşa uyğun pazlların seçimi necə olmalıdır?

Yaşa uyğun pazlların seçimi necə olmalıdır?
21:12 9 May 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Pazllar içərisində ən asan 2 və ya 3 hissəli pazlların yığılmasıdır. Hətta 12, 18 aylıq bütün uşaqlar da bu sayda pazlları yığa bilir. Bel pazllar körpələrin diqqətini cəlb etmək baxımından, onların sevdikləri cizgi qəhrəmanlardan və ya heyvanlardan ibarət ola bilər

Milli.Az deyerler.org-a istinadən bildirir ki, pazllar başda olmaqla hər bir oyuncağın özünə görə bir tərbiyəvi istiqaməti var. Burada mühüm olan məsələ isə uşağın oynayaraq öyrənməsidir. Uşağınıza alacağınız ilk pazllar 3 və ya 4 hissəli olmalıdır. Bunun sayəsində uşaq tək bir şeyə diqqətini istiqamətləndirəcək və problem həll etmə qüvvəsi inkişaf edəcək.
Bəs yaşına uyğun olaraq uşaqlar nə qədər saylı pazlları yığmalıdır?
2-3 yaşı olan uşaqlar 4- 12 hissə,
3-5 yaşı olan uşaqlar 12- 50 hissə,
5-6 yaşı olan uşaqlar 50- 100 hissə,
6-7 yaşı olan uşaqlar 100- 200 hissə,
7-8 yaşı olan uşaqlar 200 hissə,
8-12 yaşı olan uşaqlar 300 hissə,
12 yaşdan yuxarı olan uşaqlar 500-dən artıq hissəli pazlları yığmalıdır. Amma təbii ki, bu məlumatlar ümumidir, uşağın səviyyəsinə görə fərqli ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR