Tramp PYD/YPG-nin silahlandırılması planını təsdiqlədi

Tramp PYD/YPG-nin silahlandırılması planını təsdiqlədi
02:34 10 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqondan bildirilib.   

 

Məlumata görə,  Rəqqada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyətlər verilib.  

 

Qeyd edək ki,  kürd silahlı qruplaşmaları (PYD/YPG) İŞİD-in Suriyadakı paytaxtı Rəqqanı mühasirəyə almağa çalışır. ABŞ və müttəfiqləri kürd silahlı qruplaşmalarına havadan dəstək, habelə kəşfiyyat və hərbi təlim məsələlərində kömək edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR