Diana Hacıyeva: “Əlimdən gələni edəcəyəm”

Diana Hacıyeva: “Əlimdən gələni edəcəyəm”
03:59 10 May 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva “APA Holdinq”in Kiyevə ezam edilmiş əməkdaşı ilə  söhbəti zamanı Finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini qeyd edib.

 

“Mən ölkəmizi  “Eurovision-2017”-də təmsil etməkdən qürur hiss edirəm. Mən finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik.     

 

Mən komandam ilə  finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Hazırlaşın hər ehtimal üçün.

 

Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm”, - deyə Diana Hacıyeva bildirib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR