Tramp FTB rəhbərini işdən qovdu

Tramp FTB rəhbərini işdən qovdu
05:14 10 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırıb.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin bəyanatında bildirilir.

 

“Prezident Donald Tramp bu gün FTB direktoru Ceyms Komini səlahiyyətlərinin başa çatması və vəzifədən uzaqlaşdırılması barədə məlumatlandırıb”, - deyə Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Spayserin bəyanatında bildirilir.  

 

“FTB - ən sevilən və hörmət olunan təsisatlardan biridir. Bugünkü gün hüquq-mühafizə qurumlarının incisi üçün yeni dövrün başlanğıcı olacaq”, - deyə Tramp bəyan edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR