Bakıda "Anadolu Atəşi" rəqs ansamblı möhtəşəm proqram təqdim edəcək

Bakıda "Anadolu Atəşi" rəqs ansamblı möhtəşəm proqram təqdim edəcək
12:52 10 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Ginessin rekordlar kitabına iki dəfə düşmüş, dünyada üç ən böyük rəqs qruplarından biri, 90-dan çox ölkədə ən məhşur səhnələrdə 35 milyona yaxın tamaşaçı qarşısında çıxış etmiş "Anadolu Atəşi"  rəqs ansamblı may ayının 12, 13, 14 tarixlərində Heydər Əliyev Sarayında öz möhtəşəm 'İpək Yolu' adlı  yeni proqramını təqdim edəcək.

Qeyd edək ki, "Anadolu Atəşi"  rəqs qrupu bir neçə dəfə Azərbaycanda öz möhtəşəm proqramları ilə çıxış edib və böyük auditoriyanın rəğbətini qazanıb. Konsertin təçkilatçısı - "SA ORGANİZATİON"

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

"SA ORGANİZATİON" artıq 17 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan organization bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert lahiyələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Hollandiya və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib.

Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA ORGANİZATİON" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu Ateşi", "Tararam", "Şaman", Mustafa Sandal, Kreml  Baleti, Qızıl Ordu, Sarah Brightman, dünyaca ünlü mikrominiatür müzeyi, həmçinin Ruslana, Kənan Doğulu və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR