Nazir müavini: Bir sıra tibb müəssisələrinə xəbərdarlıq edilib

Nazir müavini: Bir sıra tibb müəssisələrinə xəbərdarlıq edilib
13:43 10 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlilliyin müəyyən edilməsi ilə bağlı işlər getdikcə təkmilləşdirilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavini qeyd edib ki, əlillik hallarının sayının artması hamını narahat edir:

"Söz yox ki, səhiyyə işçiləri tərəfindən doldurulan "Forma 88"-lərdə də problemlər var idi. Bununla bağlı bir sıra tibb müəssisələrinə xəbərdarlıq edilib, Səhiyyə Nazirliyində də bununla əlaqədar kollegiyası iclası keçirilib və cəzalandırılanlar olub. Ümid edirik ki, bu tədbirlər öz bəhrəsini verəcək".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/commentary/2752049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR