"Qalatasaray" bütün futbolçulara cəza verdi

"Qalatasaray" bütün futbolçulara cəza verdi
14:05 10 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında qeyri-stabil çıxış edən "Qalatasaray"ın İdarə heyəti mayın 9-da iclas keçirib. Bu toplantıda klubdakı hazırki durum müzakirə olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik futbolçuların hamısına məvaciblərinin 10% dəyərində pul cəzası təyin edib. "Qalatasaray"ın rəsmi saytı klubda idman direktoru vəzifəsini Cenk Ergünün tutduğunu qeyd edib. Onun köməkçisi Uğur Yıldız təyin olunub.

Yıldız 2015-ci ildə Qroskroytsun transfer sənədlərini FİFA-ya transfer pəncərəsi bağlanandan və boş formada göndərdiyinə  görə vəzifəsindən qovulmuşdu. Klub prezidenti Dursun Özbekin növbəti mövsüm üçün aparılacaq işlərə şəxsən nəzarət edəcəyi bildirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR