Heydər Əliyev Krımda yad edildi

Heydər Əliyev Krımda yad edildi
17:49 10 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Krımda Heydər Əliyevin anım mərasimi keçirilib  Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətovun Lent.az-a verdiyi məlumata görə, Sevastopoldakı məşhur “Sapun-qora”dakı abidənin qarşısına yığışan insanlar Heydər Əliyevi anıblar.

“Bu abidə 1974-cü ildə Böyük Vətən Müharibəsində Sevastopolda vuruşan azərbaycanlıların xatirəsinə ucaldılıb. Abidənin təşəbbüskarı isə məhz Heydər Əliyev olub” deyə Rəhim Hümbətov  bildirib.

Hümbətovun dediyinə görə, Heydər Əliyev Krımı çox sevirmiş və məmnuniyyətlə bura istirahətə gəlirmiş. “Bundan başqa zaman-zaman Yaltada keçirilən dövlətlərarası sammitlərdə də iştirak edib”.

Xatırladaq ki, Krımdakı Azərbaycan icmasının təşəbbüsü və Azərbaycan prezidentinin sərəncamıyla adıkeçən abidənin rekonstruksiya edilməsi də nəzərdə tutulur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR