Ayaqlarının arasında qarpız partladan cazibədar fitness məşqçisi - FOTOLAR

Ayaqlarının arasında qarpız partladan cazibədar fitness məşqçisi - FOTOLAR
18:03 10 May 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

Ayaqlarının arasında qarpız partladan cazibədar fitness məşqçisi sosial şəbəkələri bir-birinə qatıb.

Publika.az xəbər verir ki, əslən amerikalı olan fitness mütəxəssisi 35 yaşlı Kortney Olsonun sosial şəbəkələrdə paylaşdığı şəkillər rekord sayda baxış toplayıb.

Qadın məşq zamanı çəkdirdiyi fotolarda ayaqlarının arasında qarpız partlatdığı görülür. Bundan əlavə Kortney qovun, ananas kimi qalın və sərt meyvələri də ayaqları arasında parçalayıb.

Güclü bədən quruluşuna malik Kortneyi həmkarlarından ayıran əsas xüsusiyyətlərdən biri onun qeyri-adi paylaşımları olub.

"İnstagram" sosial şəbəkəsində 162 min izləyicisi olan Kortney Olsonun çox sayda qadın tələbələri var. Dediyinə görə, onlar da ayaqlarının arasında qarpız, qovun, ananas kimi meyvələri parçalamaq üçün məşqlər edirlər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR