Çempionlar Liqası:

Çempionlar Liqasında sonuncu finalçının kimliyinə aydınlıq gəlib.

Metbuat.az-ın məlumatına görə, "Real" "Atletiko"nun qonağı olub.

12-ci dəqiqədə fərqlənən Saul Nyiqes ev sahiblərini hesabda önə keçirib. Çox keçmədən hakim Cüneyt Çakır "Real"ın qapısına penalti təyin edib. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Antuan Qrizmann fərqi artırıb. Ancaq "Atletiko" möcüzəni reallaşdıra bilməyib. İlk hissənin sonlarına yaxın ev sahiblərinin qapısına yol tapan İsko yekun hesabı müəyyənləşdirib. Beləliklə, iki oyunun ümumi hesabına görə 4:2 hesabı ilə üstün olan "Real" finala yüksəlib.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

"Atletiko" - "Real" - 2:1

Qollar: Saul, 12, Qrizmann, 16 (pen.) - İsko, 42

İlk oyun - 0:3

"Yuventus" və "Real"ın üz-üzə gələcəyi Çempionlar Liqası finalı iyunun 3-də Uelsin Kardiff şəhərində yerləşən "Millennium" stadionunda oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR