12 min müəllim imtahan verir

12 min müəllim imtahan verir
09:54 11 May 2017
244 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 11-də Azərbaycanda növbəti diaqnostik qiymətləndirməyə start verilib.  
 
 
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək.
 
 
Diaqnostik qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
 
 
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR