Yol polisindən İNANILMAZ ADDIM: intizamlı sürücülərə qızıl maşın verildi - FOTO

Yol polisindən İNANILMAZ ADDIM: intizamlı sürücülərə qızıl maşın verildi - FOTO
11:43 11 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Dubay polisi sürücülərin yollarda daha nizam-intizamlı və diqqətli olması istiqamətində stimul olaraq maraqlı hədiyyə fikirləşib.

Publika.az xəbər verir ki, təmiz qızıldan düzəldilmiş oyuncaq maşın hələlik iki sürücüyə təqdim olunub.

Qeyd edək ki, hazırda Dubayda sürücülər üçün aksiya keçirilir: bir ay ərzində maşını nizamlı, cəriməsiz sürənlərin hesabına 2 bal əlavə olunur. Toplanan ballar il ərzində kiçik cərimələrin ödənməsinə sərf oluna bilər. Amma balların sayı 24 keçərsə, o zaman qızıl maşını əldə edə biləcəklər. İl ərzində yüksək bal toplayanların sayı 2000 olub. Onlardan 656-sı qadın sürücülərdir. Qızıl maşının kimə hədiyyə olunacağı isə püşk vasitəsilə müəyyən edilib.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR