"Standard Insurance"dan "Atasığorta"ya transfer olub

"Standard Insurance"dan "Atasığorta"ya transfer olub
12:52 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ “Atasığorta” ASC-də yeni təyinat olub.
“Report”un əldə etdiyi məlumata görə, Qoşqar Həsənov şirkətin Sığorta xidmətləri Departamentinə direktor təyin edilib və İdarə Heyətinə üzv seçilib.
O, bundan əvvəl “Standard Insurance” ASC-nin Biznesin inkişafı Departamentinin direktoru olub və yeni vəzifəsində Ramil Abdullayevi əvəz edib.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
"Standard Insurance" isə 2002-ci ildə yaradılıb, "AB Standard" QSC-yə daxildir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/standard-insurance-den-atasigorta-ya-transfer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR