Dünya şou-biznesinin milyonlar qazanan ulduzları bir qayda olaraq dəbdəbəli həyatı sevir. Xüsusilə kişilər qazandıqlarını lüks avtomobillərə yatırmağa üstünlük verir.
Publika.az bu yazıda oxucuları avtomobil həvəskarı olan məşhurlarla tanış edib.
Müğənni Koray Avcı əvvəllər 1976-cı ilə aid “Cadillac” markalı mmaşın sürürdü. Köhnə avtomobillərə marağı olduğunu deyən ifaçı kolleksiya toplayır. O, hətta adını simvollaşdıraraq maşın nömrəsi üçün KRY hərflərini alıb.


Qalatasaraylı futbolçu Lukas Podolski instaqramda 2 milyon TL (təxminən 1 milyon manat) dəyərində alıdğı avtomobilinin fotolarını paylaşıb.

Arsenal futbol klubunun türk əsilli, 28 yaşlı ulduzu Məsud Özil də dəyəri milyon avrodan çox olan avtomobil kolleksiyası sahibidir.


Ebru Şallının keçmiş həyat yoldaşı Harun Tan elektrikli avtomobillərə üstünlük verir.



Cem Yılmaz da sürət və avtomobil dəlisidir. O, bu yaxınlarda yeni avtomobil alıb. Cem Yılmazın yeni aldığı “Mercedes” markalı cipin qiymətinin 1 milyon 365 min TL olduğu irəli sürülüb.
İdman avtomobillərinə maraq göstərən Yılmaz bu dəfə də sarı rəng ultra lüks cip seçib. Komediya ustasının yeni avtomobilin kasko qiymətinin 15 min TL olduğu öyrənilib.
Xatrıladaq ki, C.Yılmazın idman avtomobili kolleksiyası var. O, iki il əvvəl dəyəri 350 min olan sarı rəngli “Ferrari” model avtomobil almışdı.


Cağatay Ulusoy bir neçə ay əvvəl yeni avtomobili ilə gündəmə gəlmişdi. Aktyor bir müddətdir sürdüyü avtomobilin dizaynında dəyişiklik etmək üçün xeyli pul ödəməli olub. 160 min TL-lik (təxminən 80 min manat)yeni avtomobilinin rəngini dəyişmək üçün o, təxminən 50 min TL xərcləyib.


Uzun illərdir ki, “Porsche” sürən Kənan Doğulu avtomobilini yeniləyib. İfaçı həyat yoldaşı Beren Saat ilə birlikdə yeni ciplərinə minən zaman görüntülənib. “BMW X1” model avtomobilin dəyəri təxminən 250 min TL-dir (təxminən 125 min manat).


Pelin Karahanlının əri Bədri Güntayın ona ikinci dəfə ana olması münasibətilə bahalı hədiyyə alıb. Aktrisanın yeni maşının nömrəsi öz adı və iki oğlunun baş hərflərindən ibarətdir. Dəyəri isə 700 min TL-dir (təxminən 350 min manat).


Sinan Akçıl isə “Ferrari F430 Spider” markalı avtomobil sürür. Dəyəri 500 min dollar (təxminən 900 manat) olan avtomobilin dostuna aid olduğunu bildirən müğənni "Dörd gündür sürürəm, bəyənsəm alacağam" , - deyə açıqlama verib.

Alişanın lüks markalı - “Bentley” avtomobilinin qiyməti 350 min avrodur.

Berkay həyat yoldaşı Özlem Katipoğlunun 24 yaşı tamam olması münaisbətilə 100 min lirə dəyərində avtomobil hədiyyə edib. Aktyorun özünün son avtomobili isə 730 min lirə dəyərindədir.


Keçmiş futbolçu Tümer Mətnin sarı rəngli “Chevrolet” markalı klassik avtomobili var.


Fənərbaxça və milli komandanın gənc oyunçusu Ozan Tufan yeni aldığı 744 min TL (təxminən 400 min manat) dəyərində “Maserati” avtomobilinə nişanlısı və öz adlarının baş hərflərindən ibarət "SOT nömrə seçib.

Hollandiyalı ulduz Uesley Sneyder 450 min Avro (1,5 milyon TL) dəyərində olan “Aston Martin” maşın sürür.

Beşiktaşlı futbolçu Gökhan Könül “Lamborghını” markasına üstünlük verib.

Beşiktaşın portuqaliyalı ulduzu Rikardo Quareşma “Ford Mustang” markalı avtomobil alıb.


Dünya şöhrətli Portuqaliyalı ulduz Kristiano Ronaldonun böyük kolleksiyası olsa da, adətən “Lamborghini Aventador LP700-4” markalı maşınını sürməyə üstünlük verir.

Lionel Məssi “Cadillac Escalade” sürür, qiyməti 125 min avrodur.

Aytən