Bakıda taksilərlə bağlı YENİLİK

Bakıda taksilərlə bağlı YENİLİK
13:59 11 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin, o cümlədən taksi xidmətinin modernləşdirilməsi, bu sahədə göstərilən xidmətlərin şəhərin müasir simasına uyğunlaşdırılması işləri çərçivəsində daha bir yeniliyə imza atıb.

 

BNA-dan Lent.az-a verilən məlumata görə, Agentliyin pasportlaşdırdığı 79 taksi duracağının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb. Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır. Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə, duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR