Türkmənistan İslamiadaya 130 nəfərlik heyətlə gəlib

Türkmənistan İslamiadaya 130 nəfərlik heyətlə gəlib
19:02 11 May 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Türkmənistan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına 130 nəfərlik heyətlə gəlib. 
“Report”un məlumatına görə, bu barədə ölkənin idman komitəsindən “Turkmenportal”a bildiriblər.
Türkmənistan idmançıları 12 növdə - voleybol (kişilər), boks, tennis, ağırlıqqaldırma, cüdo, güləş (sərbəst və yunan-Roma), üzgüçülük, 3x3 basketbol, atletika, taekvondo, uşu və karate üzrə yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək. Lakin mayın 8-dən etibarən futbol və həndbol yarışlarına start verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/turkmenistan-i-slamiadaya-130-neferlik-heyetle-gelib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR