«OKA» sütuna çırpıldı, ölən və yaralanan var

«OKA» sütuna çırpıldı, ölən və yaralanan var
23:59 11 May 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Xətai rayonu Nobel prospektində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın verdiyi məlumata görə, «OKA» markalı avtomobil yoldan çıxaraq yerüstü piyada keçidinin sütununa çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlu və sərnişini, 37 yaşlı Abbasova Alidə Abbas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Sürücü F. Qarayev xəstəxanada dünyasını dəyişib.

 

Hadisə ilə bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR