IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
10:37 12 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.
Qeyd edək ki, markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.
Belarus Nəşriyyat Evində nəşr olunan markaların tirajı 10 000, ölçüləri isə 40x28 mm təşkil edir.
Poçt markalarının nominal dəyəri 0,5 manatdır.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/iv-i-slam-hemreyliyi-oyunlarina-hesr-olunmus-poct-markalari-dovriyyeye-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR