Hesabatda bildirilib ki, OECD ölkələrində neft ehtiyatlarının həcmi hələ də 5 illlik orta səviyyədən 276 mln. barel artıqdır. Bu da onu deməyə əsas verir ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşması nəinki bu ilin II yarısına, hətta böyük ehtimalla 2018-ci ilin ilk yarısına da uzadılacaq.
Hesabatda həmçinin qeyd olunub ki, aprel ayında OPEC təşkilatı ötən ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 1,908 mln. barel və ya 5,67% azaldaraq 31,732 mln. barelə salıb. Hasilat apreldə BƏƏ, İraq, İran, və Liviyada azaldığı halda, Anqola və Səudiyyə Ərəbistanında artıb. Qeyd edək ki, ötən ilin oktyabr ayındakı hasilat göstəricisi müqayisə üçün standart kimi qəbul edilir.