Toyuq sevənlər, bu yeməyi daha çox sevəcəksiniz.
Metbuat.az tərkibi vitaminlərlə zəngin, hazırlanması asan püreli toyuq yeməyini təqdim edir:
Lazım olan ərzaqlar:
500 qram qiymə
1 ədəd baş soğan
1 kasa köhnə çörək içi
1 az cəfəri
1 ədəd yumurta
2-3 diş sarımsaq
Duz, istiot.
Püresi üçün:
5-6 ədəd kartof
2 qaşıq kərə yağı
2 stəkan süd
Üzəri üçün sürtgəcdən keçirilmiş holland pendiri,
Duz.
Sousu üçün:
1 yemək qaşığı yarım tomat pastası.
Hazırlanmasına gəldikdə isə kartofları suda bişirin. Dilimlənmiş soğanı, sarımsağı, cəfərini və yumurtanı qiyməyə qatıb yoğurun. Siniyə əti yayın. Tomat pastası və 1 stəkan isti suyu qarışdırıb qiymənin üzərinə əlavə edin. Əti sobaya qoyaraq 170 dərəcədə üstü qızaranadək bişirin. Soyumuş kartofları kərə yağı və duz ilə əzin və süd əlavə edin. Krem kimi olan kartofa holland pendiri qatın. Sobadan çıxardığınız isti ətin üzərinə pürenizi yayın və yenidən sobaya qoyun. Üstü qızaranadək bişirin.
Nuş olsun!