Azərbaycanın iki şahmatçısı Moskvada şahmat Qran-prisinin ikinci mərhələsində iştirak edir

Azərbaycanın iki şahmatçısı Moskvada şahmat Qran-prisinin ikinci mərhələsində iştirak edir
14:02 12 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Moskvada şahmat Qran-prisinin ikinci mərhələsi başlayır.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva mərhələsində 18 şahmatçı, o cümlədən Azərbaycanın iki nümayəndəsi - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edir.
Moskva mərhələsinin davam edəcəyi 10 gün ərzində 18 iştirakçı İsveçrə sistemi ilə 9 partiya oynayacaq.
FİDE-nin Qran-pri seriyası dörd mərhələdə keçirilir və çempionluq tsiklinin bir hissəsidir.
Builki Qran-prilərin ev sahibi kimi dünyanın nəhəng şahmat mərkəzləri - Şarca (BƏƏ), Moskva (Rusiya), Cenevrə (İsveçrə) və Palma de Malyorka (İspaniya) seçilib.
Moskva mərhələsi seriyada ikincidir. Onun yekunlarına görə, iki şahmatçı namizədlər turnirinə vəsiqə qazanacaq. Namizədlər turnirində 8 iştirkaçı planetin ən güclü şahmatçısı adı uğrunda amerikalı Maqnus Karlsenlə kimin qarşılaşacağını müəyyənləşdirəcək. Namizədlər turniri 2018-ci ilin mart ayında baş tutacaq. Yarışın təşkilatçısı qismində çempionluq tsiklinin bütün turnirlərinin keçirilməsinin kommersiya hüquqlarına malik "World Chess" şirkəti çıxış edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-iki-sahmatcisi-moskvada-sahmat-qran-prisinin-ikinci-merhelesinde-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR