İslamiada: Boks yığmamızdan ilk qələbə - FOTOSESSİYA

İslamiada: Boks yığmamızdan ilk qələbə - FOTOSESSİYA
15:29 12 May 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin rəsmi açılış günündə bir boksçumuz rinqə çıxıb.
 
+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov ilk döyüşünü keçirib. İkiqat dünya çempionumuz mübarizəyə 1/8 final mərhələsindən start verib. Qazaxıstanlı Nurlan Saparbayı sınağa çəkən boksçumuz asan qələbə qazanıb. 5 hakimin hər biri yekdilliklə üstünlüyü Məcidova verib - 5:0. 
 
O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Qarşılaşma mayın 15-də olacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR