"Report" xəbər verir ki, bu barədə Çernoqoriya hökuməti rəsmi "Twitter" hesabında bəyanat yayıb.
"Xüsusilə Qərbdən olan ciddi investorlarun Çernoqoriyanın NATO-nun bir hissəsi olduğunu nəzərə alacağına ümid edirəm. Bu, dövlətin sülh və sabitlik zamənətidir, deməli, həm də onların sərmayələrinin zəmanətidir", - Monteneqronun Baş naziri Duşko Markoviç Budvada beynəlxalq təhlükəsizlik üzrə forumun açılışında bildirib.