Putin NATO-nu Ermənistandan vuracaq – Bakıya və Ankaraya tuşlanmış RAKETLƏR

Putin NATO-nu Ermənistandan vuracaq – Bakıya və Ankaraya tuşlanmış RAKETLƏR
16:33 12 May 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyanın ötən ay Rusiya ilə Gümrüdə birgə hərbi sənaye kompleksi yaratmağı müzakirə etdikləri ilə bağlı açıqlaması ABŞ-da və NATO rəhbərliyində narahatlığa səbəb olub.

Publika.az
xəbər verir ki, “Washington exanimer” nəşri Kapitoli təpəsində bunun Rusiyanın NATO-ya qarşı növbəti addımı kimi qəbul edildiyini yazıb: “Vaşinqtonda düşünürlər ki, Rusiya öz vassalı Ermənistandan NATO-ya qarşı hücumda dayaq nöqtəsi olaraq istifadə edəcək”.

Məqalənin müəllifi Aleksandr Murinson yazır ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın əhəmiyyətli hərbi alaqapısı mövqeyində olmasına baxmayaraq, Konqresin erməni maraqlarını müdafiə edən üzvləri bu ölkəyə hərbi və maliyyə yardımının edilməsi ilə bağlı səylərini davam etdirirlər.

“Ermənistanın Rusiya ilə dərinləşən hərbi ittifaqı NATO-ya birbaşa təhlükədir”, - deyə müəllif qeyd edir.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin keçmiş köməkçisi Adam Ereli deyir ki, Cənubi Qafqazda Rusiya qoşunlarının mərkəzləşməsi NATO və Qərb müttəfiqlərini hədələyir.

Onun sözlərinə görə, son yarım il ərzində Rusiya “Tuşlayıcı-2” və “BLA Taxion” pilotsuz aparatları, “İskəndər-M” raket kompleksləri və Mi-24 döyüş vertolyotlarını Ermənistan ərazisinə çatdırmağa başlayıb.

Aleksandr Murinsonun fikrincə, “İskəndər-M” raketləri regionda balansı əhəmiyyətli dərəcədə dəyişdirir: “Bu raket kompleksi ABŞ-ın müttəfiqi olan Türkiyəyə, İsrailə və Azərbaycana tuşlanıb”.

Müəllif qeyd edir ki, bütün bu faktlar Ermənistana göstərilən maliyyə yardımının dayandırılmasını zəruri edir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR