Qəza törədən sürücü xəstəxanada öldü - VİDEO - FOTO

Qəza törədən sürücü xəstəxanada öldü - VİDEO - FOTO
16:37 12 May 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, mayın 9-da saat 18:00 radələrində Qəbələ rayonunun Mirzəbəyli ərazisində Ağdaş rayon sakini İlqar Əliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Habil Məmmədov - Hadisə şahidi: "Saat 6 olardı. Mən iş yerində idim. Səs gələndə çıxıb gördüm ki, qəza olub. Mən gələndə bir yoldaş da maşından düşüb kömək elədi. O, sıxılmış vəziyyətdə qalmışdı. Həkimə zəng elədi digəri, mən də Fövqəladə hallara zəng etdim".

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində 

Videonu izləmək üçün şəklə klikləyin:

Qəza törədən sürücü xəstəxanada öldü


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/544073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR