Nüşabə Ələsgərli qəzəbləndi: "Sən yaxşı dost olsaydın..." - FOTO

Nüşabə Ələsgərli qəzəbləndi: "Sən yaxşı dost olsaydın..." - FOTO
21:12 12 May 2017
243 Şou
Ölkə mətbuatı
A- A+

İnsan çətin günündə dostunun da, düşməninin də kim olduğunu anlayır. Şükürlər olsun ki, dost sarıdan bəxtim gətirib. Bunu söz xatirinə demirəm, həqiqətən də belədir. 

Bu sözləri müğənni Nüşabə Ələsgərli Milli.Az-a dostları haqqında danışarkən bildirib:

"Ən çətin günlərimdə mənə bütün sənət dostlarım dəstək oldu. Başda Nazənin xanım olmaqla hamısından çox razıyam. Zaman-zaman istəyiblər ki, mənim dostlarımla aramı vursunlar. Bəzən söz aparıb-gətirənlər də olub. Hətta gəlib mənə deyiblər ki, filankəs sənin haqqında bu sözləri dedi. Ona demişəm ki, sən axı orada idin. O, deyəndə sən imkan verməzdin. Adını dost qoymusan, sən əgər yaxşı dost olsaydın, onun danışdıqlarını gəlib mənə deməzdin. Cavabını yerində verərdin. Ona görə də həmişə söz-söhbətdən uzaq qaçmışam", - müğənni bildirib.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/543088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR