Dünyanın ən qəribə adətləri (FOTO)

Dünyanın ən qəribə adətləri (FOTO)
22:46 7 Yanvar 2015
944 Digər
Ölkə mətbuatı
A- A+

Mənəvi dəyərləri qorumaq üçün bir çox xalqlar qədim adət-ənənələri mühafizə edirlər. Ölkələrin, xalqların mədəniyyətləri bir-birindən fərqləndiyi kimi adət-ənənələri də fərqlənir.

ANS PRESS oxuculara dünyanın müxtəlif ölkələrində yerinə yetirilən bəzi qəribə adətləri təqdim edir.

Hindistanda yeni doğulan uşaqları məbədlərdən aşağı atırlar. Hindlilərin fikrincə, bu ənənə uşaqları gücləndirəcək və onlara şans gətirəcək. 500 ildən artıq müddətdə yerinə yetirilən bu ənənə nəticəsində bir çox uşaqlar ömürlük şikəst olur, hətta ölürlər. Belə ki, aşağıdakı kütlə uşağı tutarkən uşaqlar sərt zərbələr alırlar. Hətta bəzi hallarda insanlar atılan körpələri tuta da bilmirlər.









Peruda uşaqların sağlam böyümələri üçün ailələr ev heyvanlarını kəsirlər. Körpə uşaqlar həmin kəsilən heyvanların qanı ilə çimizdirilir.







Taylandda kral ailəsi qədim zamanlardan bəri işlənən və sadəcə bu ailənin istifadə etdiyi dildə danışırlar. Onların danışdıqlarını ətrafdakı heç kim anlamır.



İtaliyanın Ponti bölgəsindəki yerli xalq Pasxa bayramından əvvəlki 40 gün ərzində cəmi min yumurtadan bişirilmiş omlet (un və südlə çalınmış yumurta qayğanağı) yeyirlər.



Mavritaniyada kökəlmə bir adətdir. Ailə qurmaq yaşına çatan qızlar ən azı 60, ən çoxu isə 100 kilo olmalıdırlar. Yemək yeməyəndə isə cəzalandırılırlar.





Liverpulda uşaqlar vitrinə baxarkən vitrindəki qadın manikenləri soyundurub geyindirmək olmaz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR