"Çelsi" Premyer Liqanın qalibi oldu

İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.

Metbuat.az-ın məlumatına görə, turnir cədvəlinin lideri "Çelsi" "Vest Bromviç"in qonağı olub.

Oyunun taleyini bir qol həll edib. 83-cü dəqiqədə fərqlənən Baçuay "zadəganlar"a növbəti 3 xalı qazandırıb.

İngiltərə Premyer Liqası

37-ci tur

"Vest Bromviç" - "Çelsi" - 0:1

Qol: Baçuay, 83

Beləliklə, ən yaxın izləyicisi "Tottenhem"lə xal fərqini 10-a çatdıran "Çelsi" Premyer Liqada çempionluğunu elan edib. London klubu ümumilikdə 6-cı dəfə İngiltərənin ən güclüsü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR