Koalisiya təyyarələri Suriyanı bombaladı - dinc sakinlər öldü

Koalisiya təyyarələri Suriyanı bombaladı - dinc sakinlər öldü
03:29 13 May 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında endirdiyi  zərbə nəticəsində 5 dinc sakin ölüb.

 

APA-nın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı xəbər verib.

 

Məlumata görə, hədəfdə terrorçuların Əl-Küriyə yaşayış məntəqəsindəki mövqeləri olub.

 

İki gün əvvəl beynəlxalq koalisiyanın Rakka şəhəri yaxınlığındakı kəndlərdən birinə endirdiyi hava zərbəsi nəticəsində 4-ü uşaq olmaqla 11 dinc sakin həyatını itirib.

 

Qeyd edək ki, Rakka şəhəri İSİD terror qruplaşmasının nəzarəti altındadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR