Mayk Loynd: “İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi çox möhtəşəm idi”

Mayk Loynd: “İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi çox möhtəşəm idi”
12:13 13 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

“IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi çox möhtəşəm idi”.

Publika.az xəbər verir ki, bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd bu gün keçirilən mətbuat konfransında bildirib. M.Loynd deyib ki, oyunların ilk medalçıları bu gün məlum olacaq: “Artıq yarışlar başlayıb. İnanıram ki, Azərbaycan idmançıları da medallar qazanacaqlar. Əsrarəngiz şou üçün Oyunların mərasimlər üzrə direktoru Ketrin Uqvuya və bədii rəhbər Natan Rayta təşəkkürümü bildirirəm”.

Mayk Loynd 35 min tamaşaçının Bakı Olimpiya Stadionunda möhtəşəm açılış mərasimini məmnunluqla izlədiyini söyləyib: “Açılış mərasimi 55-dən çox ölkədə yayımlanıb. Bu gün - IV İslam Həmrəyliyi Oyunlarının birinci günündə idmanın altı növü üzrə medallar təqdim ediləcək. Ümid edirəm ki, idman azarkeşləri növbəti on gün ərzində maraqlı idman mübarizəsinin şahidi olacaqlar”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR