Dünən Bakıda IV İslam Həmrəyliyi Oyunlarına start
verilib. ABŞ Ermənistanda parlament seçkilərinin
saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların
tətbiqi prosesinə başlayıb. Rusiya Ermənistanda yerləşən 102-ci
hərbi bazasından Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar üçün
istifadə etməyi planlaşdırır. Şimali İraq regional kürd
müxtariyyəti müstəqillik üçün referendum hazırlıqlarına başlayıb.
ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd
qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.
Vaşinqtonun qərarı Ankara tərəfindən sərt
qarşılanıb.
DünənBakı Olimpiya Stadionunda IV İslam
Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi
keçirilib. Yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq
atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə
aparacaq.
İşğalçı Ermənistan daha bir təxribata əl
atıb. Ermənistan hərbi birləşmələri Azərbaycanın
işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi parad keçirib.
Xankəndində indiki saatlarda başlayan paradda müxtəlif
texnikalar nümayiş olunub. Paradda Ermənistan prezidenti Serj
Sarkisyan, müdafiə naziri Viqen Sarkisyan, qondarma DQR-in
“prezidenti” Boka Saakyan və din xadimləri iştirak ediblər.
"Birmənalı surətdə bildiririk ki, bu məsələdə
"Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb". Bu
barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən
qrupun guya "Mossad" təşkilatının köməkliyi ilə aşkar edilməsi
barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd
edilib.
"Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu
və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə
Nazirliyinin müvafiq qurumları tərəfindən edilib”, - mətbuat
xidmətindən bildirilib.
Qeyd edək ki, mayın 7-də Müdafiə Nazirliyi, Daxili İşlər
Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan xüsusi xidmət
orqanları ilə əməkdaşlığa cəlb edilmiş bir qrup hərbçi və mülki
şəxsi həbs edib.
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının
komandanı, general-mayor Andranik Makaryan iddia edib ki, birgə
qoşun birləşmələri Qarabağda müharibə olacağı halda dərhal müdaxilə
edəcək. Erməni general birgə qoşun növünün Ermənistan
prezidentinin əmri ilə hərəkətə keçəcəyini də iddia edib.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçik erməni generalın
dediklərinin doğru olmadığını bildirib.
Qarabağda müharibə başlasa, Putin Naxçıvanla sərhəddəki orduya hansı əmri verəcək?
“Rusiya və ABŞ arasındakı fikir ayrılıqlarına
baxmayaraq, hər iki ölkə Qarabağ münaqişəsinin nizama salınmasında
sıx əməkdaşlıq edir”. Bu barədə ATƏT-in Minsk
qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
Amerikalı həmsədr: “Vaşinqtonla Moskva Qarabağa münaqişəsində...”
Erməni ekspertlər amerikalı həmsədrin bu
açıqlamasını Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasında yeni gediş hazırlığı kimi şərh
ediblər.
ABŞ-dan Ermənistanı qorxuya salan YENİ QARABAĞ PLANI
“Türkiyə Şimal-Atlantika İttifaqının üzvü olaraq
Azərbaycanda aktiv hərbi-siyasi fəaliyyəti inkişaf etdirir və
bununla Rusiya üçün təhlükə yaradır”. Bunu
“İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri
Viqen Sarkisyan deyib.
“Türkiyə və Azərbaycan regionda...” - İrəvan QORXU İÇİNDƏ
O həmçinin qeyd edib ki, Ermənistan ictimaiyyəti
Rusiyanın Azərbaycana silah satmasına xüsusi diqqət
yetirir: “Hər dəfə bu silahlar veriləndə Ermənistanda
ciddi emosiyalar yaradır. Biz Rusiya ilə həqiqətən müttəfiqik. Bunu
hər kəs bilir. Əgər Rusiya silahı nəticəsində disbalans olarsa, bu,
konfliktdə risk yaradacaq. Məncə, bu, ilk növbədə Rusiyanın əlinə
işləmir”.
Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma
DQR rejimi yaradan Ermənistan Şuşanı bu rejimin “paytaxtı” etmək
istəyir. Bu barədə ermənipərəst “Regnum” agentliyi öz
mənbəsinə istinadən məlumat yayıb. Mənbə deyib ki, qondarma rejimin
“paytaxtı”nın Xankəndindən Şuşaya köçürülməsi prosesi başlanıb.
Ermənistan ordumuzdan qorxub geri çəkildi – Məkrli Şuşa PLANI İNKAR EDİLDİ
Rusiya Qarabağda öz hərbi bazasını yerləşdirməyi
planlaşdırır. Ermənistanın “lragir” saytı öz
mənbələrinə istinadən xəbər verir ki, Moskvanın nəzərdə tutduğu
baza İranla sərhəddə olacaq.
Mənbələr sayta Rusiyanın planının detallarını açıqlayıb.
Kreml Qarabağda hərbi baza yaradır – İRANLA MÜHARİBƏ PLANI
Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasından
Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar üçün istifadə etməyi
planlaşdırır. Rusiya xarici işlər naziri Sergey
Lavrov bir neçə gün öncə İŞİD-ə qarşı mübarizədə Ermənistan,
Tacikistan və Qırğısıztandakı hərbi bazalardan istifadə edilə
biləcəyini açıqladı.
Erməni ekspertlər hesab edirlər ki, Rusiyanın Suriyadakı
əməliyyatlarında Gümrüdəki bazadan istifadə etməsi Ermənistanı
terrorçuların hədəfinə çevirəcək.
Ermənistan bu yolla məhv ediləcək: İrəvanın düşdüyü TƏLƏ və DƏHŞƏTLİ PLAN
Ermənistan prezidenti Serj Sarkisyanın ötən ay
Rusiya ilə Gümrüdə birgə hərbi sənaye kompleksi yaratmağı müzakirə
etdikləri ilə bağlı açıqlaması ABŞ-da və NATO rəhbərliyində
narahatlığa səbəb olub. “Washington exanimer” nəşri
Kapitoli təpəsində bunun Rusiyanın NATO-ya qarşı növbəti addımı
kimi qəbul edildiyini yazıb.
Putin NATO-nu Ermənistandan vuracaq – Bakıya və Ankaraya tuşlanmış RAKETLƏR
ABŞ Ermənistanda parlament seçkilərinin
saxtalaşdırılmasında iştirak edən şəxslərə qarşı sanksiyaların
tətbiqi prosesinə başlayıb. “Jamanak” qəzeti öz
mənbələrinə istinadən yazır ki, sanksiyalar tətbiq ediləcək
şəxslərin adı “qara siyahı”ya salınacaq və onların ABŞ-a girişi
qadağan olunacaq.
Trampdan Ermənistana ŞOK SANKSİYA: Sarkisyanın üzərindən XƏTT ÇƏKİLDİ
Türkiyə, Suriya
"Ölüm cəzası bərpa olunacağı halda, Türkiyənin
Avropa İttifaqında yeri olmayacaq". Bu haqda Avropa
Komissiyasının prezidenti Jan-Klod Yunker Almaniyanın “Rheinische
Post” qəzetinə açıqlamasında deyib.
Türkiyə-Avropa İttifaqı müzakirələrinin “de-fakto” dondurulmuş
vəziyyətdə olduğunu deyən ölüm cəzasının bərpası məsələsini Avropa
İttifaqı üçün “bütün qırmızı xətlərin ən qırmızısı” adlandırıb.
“Türkiyənin Avropa İttifaqında yeri olmayacaq, əgər..” - Ankaraya ŞANTAJ
Suriyada təhlükəsizlik zonaları üzrə memorandumun
icrasında BMT-nin himayəsi altında hərbi güclərin iştirakı istisna
edilir. Bu haqda Suriyanın xarici işlər naziri Vəlid
Əl-Muəllim deyib.
“Bu zonalarda qurulacaq monitorinq mərkəzlərində atəşkəsin
qarantı kimi Rusiyanın hərbi polis gücləri yerləşdiriləcək”, -
suriyalı nazir Dəməşqdə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Suriyada atəşkəsin qarantı olan ölkələr mayın 4-də
Suriyada 4 təhlükəsizlik zonasının yaradılması üzrə razılığa
gəliblər.
İsrail üçün Suriyada ən yaxşı həll variantı
Prezident Bəşər Əsədin hakimiyyətdə qalmasıdır. Bunu
jurnalistlərə açıqlamasında İsrail ordusunun Baş Qərargah rəisi Dan
Halutz söyləyib.
“Hazırda Əsədin hakimiyyətdə olması bizim üçün ən doğru həll
variantıdır. İsrail Əsəd rejiminə terror təşkilatlarını məhv
etməyinə izn verməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, Halutz bu açıqlama ilə Əsədə dəstək verən ilk
İsrail rəsmisi olub.
ABŞ prezidenti Donald Tramp mayın 9-da Suriyada
İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı
təsdiqləyib. Pentaqondan verilən məlumata görə,
Rakkada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə
Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyət
verilib.
ABŞ prezidenti Donald Trampın Rakka əməliyyatı üçün
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı
YPG-yə ağır silah və sursatların çatdırılması barədə qərarı
Ankarada şok effekti yaratdı. Hazırda Türkiyənin
atacağı addımları maraqla gözlənilir.
Ankaradan böyük müharibənin ANONSU: 5 gün QALDI
Yaxın Şərqdə Türkiyəsiz qərar verilə
bilməz. Bunu jurnalistlərə açıqlamasında Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Yaxın Şərqdə Türkiyəsiz qərar verilməməlidir. Türkiyənin
fikrini almadan qərar verənlər bunun qarşılığını çox ağır
ödəyirlər. Onlar həm iqtisadi, həm də insan itkisi verirlər”, –
deyə o bildirib.
ABŞ PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı
YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik
zəmanətləri verib. “New York Times” nəşrinin
yazdığına görə, ABŞ-ın Türkiyəyə verdiyi zəmanətlər
aşağıdakılardır:
ABŞ geri çəkilir - Türkiyəyə 5 bəndlik təhlükəsizlik ZƏMANƏTİ
ABŞ Ankaranın sərt reaksiyasına baxmayaraq Rakka
əməliyyatında istifadə etməyi planlaşdırdığı YPG terror
qruplaşmasına ağır silahların çatdırılmasına iki həftə sonra
başlayacaq.
Son 11 ayda YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan
PYD-nin silahlı qanadı – red.) silah çatdıran ABŞ rəsmî icazədən
sonra ilk ağır silahları mayın 26-dan etibarən bölgəyə
çatdıracaq.
ABŞ-dan Ankaraya qarşı XAİN ADDIM: Türkiyənin düşməninə... - VİDEO
Türkiyənin narahatlığını başa düşürük və bu
narahatlığı aradan qaldıracağıq. Bu sözləri ABŞ-ın
Müdafiə naziri Ceyms Mettis deyib. Mettis Türkiyənin cənub
sərhədinin təhlükəsizliyinin təmin olunması üçün rəsmi Ankara ilə
işbirliyi quracaqlarını bildirib.
Türkiyə mayın 11-də ilk dəfə uzaqmənzilli raket
sınağı həyata keçirib. Bu barədə Türkiyənin müdafiə
naziri Fikri İşıq deyib. O, ilk uzaqmənzilli Bora raketini Sinop
bölgəsində uğurla sınaqdan keçirdiklərini açıqlayıb. 610 millimetr
çaplı “Bora” raketi yüksək texnologiya əsasında hazırlanıb.
Almaniya hakimiyyəti Suriya və İraqda qərb
koalisiyasının əməliyyatlarına NATO-nun iştirakı haqqında ABŞ-ın
təklifini öyrənəcək. Bu haqda Almaniya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib. O qeyd edib
ki, Almaniya hökuməti daha əvvəllər bu təklifə qarşı çıxırdı.
“Ancaq hazırda ABŞ-dakı yeni administrasiya ilə əlaqədar həm
Suriyada, həm də İraqda vəziyyətin dəyişikliyi müşahidə olunur”, -
Martin Şefer deyib.
NATO mayın 25-də... - DƏHŞƏTLİ MÜHARİBƏ YAXINLAŞIR
İŞİD terror təşkilatı ələ keçirdiyi rus casusun
başını kəsib. Rusiyalı casusun ölüm anını lentə alan İŞİD
görüntüləri mayın 9-da yayıb. Rus casusun boğazının
kəsildiyi 12 dəqiqəlik videoda daha 3 rus əsgərinin səsləri
eşidilib.
ABŞ-Rusiya, Qərb-Rusiya
münasibətləri
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar
Bürosunun rəhbəri Ceyms Komini istefaya göndərib.
Tramp Komiyə göndərdiyi məktubda onu FTB-ni effektiv idarə etməkdə
günahlandırıb.
Qeyd edək ki, Komi 2013-cü ildən FTB-yə rəhbərlik edirdi.
KİV Ceyms Kominin istefaya göndərilməsi ilə Rusiyanın xarici
işlər naziri Sergey Lavrovun Vaşinqtona səfərinin eyni vaxta
düşməsinə diqqət çəkir. FTB direktoru ABŞ-da ötən il keçirilən
prezident seçkilərinə Rusiya mümkün müdaxiləsi ilə bağlı
araşdırmaya görə cavabdeh şəxs idi. Lakin Ağ Ev istefanın Rusiya, o
cümlədən Lavrovun səfəri ilə bağlı olduğu barədə iddiaları rədd
edir.
“Fox News” telekanalı Federal Təhqiqatlar Bürosunun
(FTB) başçısı postuna iddiaçıların adlarını açıqlayıb. Kanal
iddiaçıların adlarını özünün Tvitter səhifəsində
yerləşdirib.
Putinin düşmənini bu 5 nəfərdən biri əvəz edəcək – SİYAHI
Mayın 10-da Vaşinqtona gedən Rusiyanın xarici işlər
naziri Sergey Lavrov ABŞ prezidenti Donald Tramp və amerikalı
həmkarı Reks Tillersonla görüşüb. ABŞ Dövlət
Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib ki, Sergey
Lavrovla görüşdə Reks Tillerson Minsk razılaşmalarının icrasına
qədər Rusiyaya qarşı sanksiyaların saxlanılacağını bildirib.
“Rusiya prezidenti Vladimir Putin Almaniyada
keçiriləcək parlament seçkilərində Angela Merkelin yenidən kansler
seçilməməsini qarşısına məqsəd qoyub”. Bunu Kremlin
tənqidçisi, Rusiya müxalifətçisi Harri Kasparov “Bild” nəşrinə
müsahibəsində deyib.
“Putin nəyin bahasına olursa-olsun...” - Moskvada QORXUNC GƏLƏCƏK HAZIRLANIR
Rusiya “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı
Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum
əməliyyatlarını yerinə yetirməyə hazırlaşır. Bu haqda
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi
Aleksandr Turçinov bildirib.
“Təlimlərdə Kalininqrad dəhlizinin yaradılmasının təqlid
edilməsi nəzərdə tutulur. Bu, reallıqda Litva və Polşaya qarşı
təcavüzsüz ötüşmək mümkün deyil”, - o deyib.
Qeyd edək ki, bu “Qərb-2017” təlimləri ilə bağlı ilk analoji
bəyanat deyil.
Rusiya bu iki ölkəni işğal edəcək! - Belarus və hətta Qafqaza... – ŞOK PLAN
Rusiya və Çin kəşfiyyatları 2017-ci ildə ABŞ üçün
əsas təhlükələr olacaq. Bu haqda Senatda keçirilən
dinləmələrdə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniyel Kouts
bildirib.
“2017-ci ildə Birləşmiş Ştatlar xarici kəşfiyyat tərəfindən
kompleks təhlükə ilə qarşılaşacaq. Hesab edirik ki, imkanlarına,
niyyətlərinə və fəaliyyət miqyaslarına əsaslanaraq, əsas təhlükə
əvvəlki kimi Rusiya və Çindən çıxacaq”, - Milli Kəşfiyyat
İdarəsinin Senatın kəşfiyyatı üzrə komitəsinə təqdim etdiyi
məruzədə deyilir.
ABŞ kəşfiyyatının rəhbərliyi xəbərdarlıq edir ki, regional
miqyasda təhlükə cənubi və şərqi Asiya ölkələri, həmçinin Latın
Amerikası ölkələrinin kəşfiyyatları təşkil edəcək.
ABŞ və Rusiya arasında davam edən gərginlik fonunda
Moskvadan Vaşinqtona növbəti xəbərdarlıq edilib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov kəşfiyyat işlərinin
aparılması səbəb göstərilərək bağlanılan Rusiya diplomatik
nümayəndəliklərinin binalarının geri verilməsini tələb edib. Yuri
Uşakov ABŞ-a xəbərdarlıq edərək bildirib ki, əks halda Moskva
lazımı tədbirləri görəcək.
Britaniya KİV-i ötən gün qeydə alınan genişmiqyaslı
hakerhücumda “Rusiya izi”nin mövcudluğuna işarə
edirlər. “Telegraph” nəşri “Shadow Brokers” haker
qrupunun ABŞ-ın Suriyaya raket zərbələrindən dərhal sonra
kompüterləri virusla yoluxdurmağa başladığını yazıb.
Rusiya kəşfiyyatı 74 ölkəyə hücumu edib, sıradakı ÖLKƏ TÜRKİYƏDİR - ŞOK İDDİA
ABŞ Milli Təhlükəsizlik Agentliyinin eks-əməkdaşı
Edvard Snouden isə iddia edir ki, qlobal kiberhücumda onun keçmişdə
işlədiyi qurum iştirak edib. “Bu virus Milli
Təhlükəsizlik Agentliyinin laboratoriyalarında hazırlanıb. Bu
zərərli proqrama nəzarətin əlindən çıxacağı ilə bağlı MTA-nı çoxdan
xəbərdar edirdilər. Böyük ehtimalla, düşünülən olub”, – deyə o
bildirib.
Ukrayna
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukraynanın
xarici işlər naziri Pavel Klimkinlə görüşüb. Bu haqda
Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində dərc edilmiş
bəyanatda deyilir.
Görüşdə Klimkindən başqa, Ukraynanın ABŞ-dakı səfiri Valeri
Çalıy və ABŞ-ın vitse-prezidenti Maykl Pens iştirak edib.
Tramp ukraynalı naziri ayaq üstə saxladı - FOTOLAR
Rusiya 2015-ci ildən qərb sərhədində üç yeni
diviziyanın yaradılmasına başlayıb. Rəsmi məlumatlara
görə, hər diviziyada 10 min əsgər olacaq. Ukraynanın Liga.net saytı
NATO-nun birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı,
general Filip Bridlava istinadən real rəqəmin daha yüksək olduğunu
yazıb.
Kapitulyasiyaya məcbur etmək və 500 kilometr... - Putinin müharibə planı AÇIQLANDI
Mayın 11-də Avropa İttifaqı Şurası Ukraynaya vizasız
rejimi təsdiq edib. Ukrayna prezidenti Pyotr
Poroşenko “1+1” telekanalına müsahibəsində vizasız rejimi Ukrayna
üçün “Rusiya imperiyasından boşanma” adlandırıb.
Rusiya imperiyasından “boşanma” - Torpaqlar QAYIDACAQMI?
"Kiyev Ukrayna nümayəndə heyəti ABŞ-ın ali
rəhbərliyilə görüş üçün 400 min dollar ödəyib". Bu
iddia ilə Ukrayna Ali Radasının deputatı Andrey Artemenko çıxış
edib. “Ukrayna tərəfi bu görüş üçün məşhur Amerika lobbi şirkətinə
Ukrayna xalqından oğurlanmış 400 min dolları ödəyib”, - Artemenko
Feysbuk səhifəsində yazıb.
Trampla 6 dəqiqə birlikdə olmaq üçün 400 min dollar ödədi – ŞOK İDDİA
“Rusiya ilə yenidən birləşmə Donetsk Xalq
Respublikasının hədəfidir”. Bunu Ukraynanın şərqində
yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı
Aleksandr Zaxarçenko “inteqrasiya komitəsi”nin iclasında deyib.
“Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən
Rusiyadır. Komitənin son məqsədi və bütün işi yalnız vətənə
qayıdışa yönəlib”, - separatçıların lideri bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
qeyd edib ki, Rusiya Donetsk və Luqansk “xalq respublikaları”nı öz
tərkibinə daxil etməyə çalışmır.
Koreya böhranı
ABŞ Şimali Koreyaya qarşı sonuncu kartını işə
salır. Vaşinqton “Koreya Xidməti Mərkəzi” yaradır.
Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) məlumatına görə, bu mərkəz
Şimali Koreya təhlükəsinə qarşı istifadə ediləcək.
ABŞ son kartını işə saldı - DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYIR
"ABŞ və Cənubi Koreya Koreya Xalq Demokratik
Respublikasının liderinə sui-qəsd cəhdinə görə üzr istəməli və
günahkarları cəzalandırmalıdır". Bunu Şimali
Koreyanın Rusiyadakı səfiri Kim Xen Çjun bildirib.
“Kəşfiyyat məhv ediləcək!” - Milli üslubda müharibə BAŞLAYIB
Səfir həmçinin bildirib ki, Cənubi Koreya kəşfiyyatı
və Mərkəzi Kəşfiyyat İdarəsi ilə Şimali Koreya liderinin öldürməyə
cəhd edən şəxsi satın alıblar. Səfiri Kim Çen Inı
öldürmək istəyən şəxsə 20 min dollar ödənildiyini bildirib. Qeyd
edək ki, bir müddət öncə Şimali Koreya liderinə qarşı sui-qəsdin
qarşısının alındığı bildirilir.
Qüds yəhudilərin və İsrailin əbədi
paytaxtıdır. Bunu Likud Partiyasının toplantısında
çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib.
“Amerika da daxil olmaqla, bütün səfirliklər Qüdsə köçürülməlidir.
Onların olması gərəkən yer məhz Qüdsdür”, – deyə o bildirib.
Qeyd edək ki, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən
biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və
paytaxtı hesab edir.
İsrail Baş naziri Benyamin Netanyahunun HƏMAS-ın
keçən həftə yayımladığı doktrinasına münasibətini əks etdirən video
yayımlanıb. O, doktrinanı əzərək zibil qutusuna
atıb.
Qeyd edək ki, HƏMAS keçən həftə yeni doktrinasını yayımlamışdı.
Bu doktrinada HƏMAS Müsəlman qardaşlarından ayrıldığını, İsrailin
məhv edilməsi planından əl çəkdiyini, 1967-ci il sərhədləri
çərçivəsində Fələstin dövlətinin qurulmasını dəstəklədiyini
bildirmişdi.
Əgər Ər-Riyad bizə qarşı düşünmədən hərəkət etsə, o
zaman İran Məkkə və Mədinədən başqa Səudiyyə Ərəbistanının bütün
ərazisini məhv edəcək. Bunu jurnalistlərə
açıqlamasında İran Müdafiə naziri Hüseyn Dehqan söyləyib.
Şimali İraq regional kürd müxtariyyəti müstəqillik
üçün referendum hazırlıqlarına başlayıb. Bu haqda
muxtariyyətin başçısı Məsud Bərzaninin məsləhətçisi Hemin Havrami
İngiltərənin “The Times” qəzetinə açıqlamasında deyib.
O, mövzunun Məsud Bərzani ilə ABŞ-ın vitse-prezidenti Mayk Pens
arasında da müzakirə olunduğunu bildirib. Havrami referendumun
Kərkükü də əhatə edəcəyini söyləyib. Hemin Havrami İngiltərə Xarici
İşlər Nazirliyi ilə də anışıqların aparıldğını vurğulayıb.
Türkiyə üçün qorxunc proses başladı: ABŞ və İngiltərə ANKARAYA QARŞI
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/198667.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)