Diana Hacıyeva bu gün finalda çıxış edəcək

Diana Hacıyeva bu gün finalda çıxış edəcək
21:24 13 May 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu keçiriləcək. APA-nın xəbərinə görə,  Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək.   

 

“APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

 

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

 

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR